EN

İranda İsrailə casusluqda ittiham olunan Babək Şahbazi edam edilib

MOSSAD-la əməkdaşlıqda günahlandırılan şəxs barəsində hökm icra olunub...

Poliqon xəbər verir ki, İsraillə casusluq və təhlükəsizlik sahəsində əməkdaşlıqda ittiham olunan Babək Şahbazi İranda edam edilib. Edam hökmü bu gün səhər saatlarında icra olunub. Hadisə barədə məlumatı İranın Mehr agentliyi yayıb.

Məlumata görə, Şahbazi məhkəmə prosesi və İran Ali Məhkəməsinin təsdiqindən sonra ölüm cəzasına məhkum edilib. Onun İsrailin kəşfiyyat xidməti MOSSAD-ın əməkdaşları ilə əlaqə saxladığı və onlara məxfi məlumat ötürdüyü sübuta yetirilib.

İran mediası yazır ki, MOSSAD son illərdə ölkə ərazisində dəfələrlə casusluq, diversiya və terror əməliyyatları təşkil edib. Bu əməliyyatlara kiberhücumlar, nüvə alimlərinin qətlə yetirilməsi və düşmən şəbəkələrinin dəstəklənməsi də daxildir.

Qeyd olunur ki, Şahbazinin məhz belə fəaliyyətlərdə iştirakı təsdiq olunub və buna görə barəsində verilmiş hökmün icrası həyata keçirilib.

Poliqon.info

Chosen
60
poliqon.info

1Sources