EN

Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Fərid

Fərid Qayıbov: "Sentyabr idman azarkeşlərimiz üçün sevindirici ay oldu"Gənclər və idman naziri son ayda “Qarabağ”, milli komanda və fərdi idmançılarımızın qazandığı nailiyyətləri sadalayıb.Xəbər mətni: Gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayını Azərbaycan idmanı üçün uğurlu və sevindirici dövr kimi dəyərləndirib. O, bu barədə sosial şəbəkədə paylaşım edərək bir ay ərzində əldə olunan mühüm nailiyyətlərə toxunub.Nazir ilk olaraq futbol sahəsindəki uğurları qeyd edib: “Əvvəlcə ‘Qarabağ’ klubu UEFA Avropa Liqasının qrup mərhələsində Fransanın ‘Nant’ komandasını 3:0 hesabı ilə məğlub etdi. Ardınca isə milli komandamız Millətlər Liqasında Slovakiya və Qazaxıstan üzərində qələbələr qazandı”, – deyə Qayıbov bildirib.O, daha sonra digər idman növlərində də tarixi nəticələrin əldə olunduğunu vurğulayıb. Şahmat üzrə Avropa çempionatında Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın gümüş və bürünc medal qazandığını xatırladan nazir, bu uğurun qadın şahmatında bir ilk olduğunu bildirib: “Azərbaycan qadın şahmatçıları fərdi Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb”.Gimnastika və cüdo üzrə uğurlar da nazirin diqqətindən yayınmayıb.Qrup hərəkətləri üzrə gimnastika komandamız dünya çempionatında ilk dəfə bürünc medal qazandı. Gənc cüdoçularımız isə Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdilər”, – deyə o qeyd edib.Ulusum.az

Diqqət Çəkənlər

Şirin bir ləzzət axtarırsansa, "Islak Kek" sənin üçündür!

Məktəb mövsümündə uşaqlar necə qidalanmalıdır? Pediatrdan valideynlərə vacib tövsiyələr

Kürşad Zorlu: “Zəngəzur dəhlizi Türk dünyasının strateji inkişaf yoludur”

Chosen
14
ulusum.az

1Sources