EN

Deputat: Qaçqın və məcburi köçkünlərlə bağlı aparılan kampaniyalar ayrıseçkiliyə xidmət edir

BAKI, 17 sentyabr. TELEQRAF

Son zamanlar cəmiyyətimizdə keçmiş qaçqın və məcburi köçkünlərlə bağlı aparılan kampaniyalar ayrı-seçkiliyə xidmət edir.

Teleqraf-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, bir-iki nəfərin səsinin yayılmasına görə bir milyona yaxın soydaşımıza qarşı bu cür yanaşma qəbuledilməzdir: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-abadlıq işləri icra edilir. Ölkə başçısının bu bölgəyə səfərləri orada görülən işlərin mahiyyətini göstərir. Bütün bunlar həmin ərazilərin qısa zamanda bərpasına əminlik yaradır”.

Chosen
56
teleqraf.com

1Sources