EN

İran və Fransa XİN rəhbərləri Tehrana qarşı sanksiyaların bərpasını müzakirə edib

Tehran Avropanın “snapback” mexanizmini qanunsuz adlandırıb...

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi və Fransanın xarici işlər naziri Jan-Noel Barro telefon danışığı zamanı Avropanın İrana qarşı sanksiyaları yenidən tətbiq etmək cəhdlərini və artan gərginliyi müzakirə ediblər. Danışıqlar çərşənbə axşamı gecə baş tutub.

Məlumata görə, Fransa XİN rəhbəri Barro vəziyyətin gedişatından narahatlığını ifadə edib və dialoq üçün məkanın qorunub saxlanmasının, həmçinin diplomatik yola qayıtmağın vacibliyini vurğulayıb.

İran XİN rəhbəri Arakçi isə Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasında işə saldığı “snapback” mexanizmini qətiyyətlə rədd edib. O, bu addımı “heç bir siyasi və hüquqi legitimliyi olmayan, böhranı və qeyri-sabitliyi daha da dərinləşdirəcək” hərəkət kimi qiymətləndirib.

Arakçi həmçinin İranın nüvə proqramının sırf dinc xarakter daşıdığını bir daha bəyan edib və Tehran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əldə edilmiş son razılaşmanı xatırladıb. Nazir vurğulayıb ki, İran diplomatiyanı beynəlxalq problemlərin, o cümlədən öz nüvə proqramının yeganə həlli yolu kimi görür və qarşılıqlı maraqları təmin edən ədalətli və balanslı hər hansı razılaşmaya hazırdır.

Telefon danışığı zamanı tərəflər həmçinin ikitərəfli münasibətlərin vəziyyətini, o cümlədən konsul məsələlərini nəzərdən keçiriblər. Onlar Tehran və Paris arasında müntəzəm təmasların və məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources