
ABŞ prezidenti Donald Tramp sentyabrın 16-da axşam Böyük Britaniyaya səfər edib.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Trampın bu səfər zamanı iki ölkə arasında investisiya sazişləri bağlanacaq.
ABŞ-nın Maliyyə naziri Skott Bessent və Böyük Britaniyanın Maliyyə naziri Reyçel Rivz Trampın gəlişindən əvvəl keçirilən tədbirlərə rəhbərlik edərək, ölkələr arasında əməkdaşlığı dərinləşdirmək üçün “Transatlantik İşçi Qrupu”nun yaradıldığını elan ediblər.
Çərşənbə günü, sentyabrın 17-də Tramp Vindzor qəsrində Kral III Çarlzla görüşəcək.
Tramp və xanımı Melaniya da Britaniya kral mərasiminə dəvət olunacaqlar. Bu mərasimdə fayton gəzintisi, dövlət ziyafəti, hərbi təyyarələrin keçidi və atəşfəşanlıq nümayiş etdiriləcək.
Bir gün sonra Starmer, sərmayə, polad və alüminium tariflərini müzakirə etmək üçün İngiltərənin cənubundakı 16-cı əsrə aid Chequers mülkündə Trampı qəbul edəcək. Burada Rusiyanın Ukraynaya tammiqyaslı işğalına son qoymağın yolları və Qəzzadakı vəziyyət də müzakirə olunacaq.
E. KAMAL