UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda bu gün daha 6 qarşılaşma baş tutacaq.
Tribunainfo.az xəbər verir ki, “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “İnter”lə üz-üzə gələcək.
“Liverpul” “Atletiko”nu qəbul edəcəksə, “Çelsi” səfərdə “Bavariya”nın qonağı olacaq. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
17 sentyabr
20:45. “Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr)
20:45. “Slaviya” (Çexiya) – “Budyo Qlimt” (Norveç)
23:00. PSJ (Fransa) – “Atalanta” (İtaliya)
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
23:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
23:00. “Ayaks” (Niderland) – “İnter” (İtaliya)