EN

“Sağlam Qaraciyər – Sağlam Həyat Deməkdir” layihəsinə start verildi

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar" İctimai Birliyi tərəfindən icra edilən "Sağlam Qaraciyər - Sağlam Həyat Deməkdir" layihəsinə rəsmi olaraq start verildi.

Layihənin əsas məqsədi gənclərin sağlam həyat tərzinə təşviqi, qaraciyər xəstəliklərinin qarşısının vaxtında alınması və erkən diaqnostikanın əhəmiyyətinin vurğulanmasıdır.

Çərçivədə keçiriləcək maarifləndirici təlimlər, sağlam qidalanma və aktiv həyat tərzi kampaniyaları, sosial çarxlar və müxtəlif maarifləndirici materiallar gənclərin düzgün seçimlər etməsinə kömək edəcək.

Bu təşəbbüsün həyata keçirilməsi gənclərin sağlam gələcək qurmasına dəstək olmaqla yanaşı, cəmiyyətin sağlamlıq mövzusunda məlumatlılığının artırılmasına da xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
48
olaylar.az

1Sources