Bakı. Trend:
Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisindəyerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhərprokurorluğuna məlumat daxil olub.
Trendxəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumatyayıb.
Bildirilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkinAtakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlüYeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi,daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinəçatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaqaparılır.