EN

Yaşlı müəllimlərdə texnoloji boşluq var - “Təlimlərə cəlb olunsunlar”

Hazırda bütün təhsilverənlərin informasiya texnologiya alətlərindən istifadə etməyi bacarması vacibdir. Təcrübəli müəllimlərimiz savadlı və peşəkar olsalar da, təəssüf ki, müasir texnoloji vasitələrdən istifadə etməkdə çətinlik çəkirlər. Gənc müəllimlər isə bu prosesin içində böyüdüklərinə görə daha çevikdirlər və bu alətlərdən rahatlıqla istifadə edə bilirlər.

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi Azedu.az-a  açıqlamasında bildirib.

Kurikulum gənc müəllimlərin üstünlüyüdür

"Gənc müəllimlərin əlavə üstünlüyü ondadır ki, onlar mövcud təhsil proqramı - kurikulum sistemi əsasında təhsil alıblar. 2008-2009-cu ildən tətbiq edilən bu proqram onların bakalavr pilləsində də əsas baza olub. Buna görə də pedaqoji ixtisaslarda təhsil alan gənc kadrlar mövcud sistemə daha yaxından bələddirlər.

Düşünürük ki, onların verəcəyi nəticələr bir neçə ildən sonra, xüsusilə də 2027-ci ildən etibarən şagirdlərin göstəricilərində özünü daha aydın şəkildə göstərəcək. Bu dövrdən sonra nəticələrdə müəyyən müsbət dəyişikliklərin şahidi olacağımız gözlənilir.

Təcrübəli müəllimlərə gəldikdə isə, onların texnoloji bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərin keçirilməsi vacibdir. Belə təlimlər həm onların imkanlarını genişləndirə, həm də müasir tələblərə uyğun bilik və bacarıqlarını formalaşdırmağa kömək edə bilər".

Chosen
48
azedu.az

1Sources