EN

İran Zelenskiyə məktub yazan şəxsi EDAM ETDİ

İsraillə casusluq və təhlükəsizlik sahəsində əməkdaşlıqda ittiham olunan Babək Şahbazi çərşənbə günü səhər İranda edam olunub.

Musavat.com xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.

Məlumatda bildirilir ki, rəsmi qurumlar Babək Şahbazini İranın məlumat mərkəzləri və təhlükəsizlik obyektləri haqqında məxfi məlumatları toplamaq və satmaqda ittiham edirlər.

Lakin fəallar iddia edirlər ki, onun həbs edilməsinin əsas səbəbi Ukrayna prezidenti Volodimir Zelenskiyə yazdığı məktub olub.

Məktubda Babək Şahbazi Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı döyüşmək istədiyini ifadə edib.

Fəallar həmçinin işgəncə altında etiraf alındığını bildirirlər.

Musavat.com

Chosen
62
1
musavat.com

2Sources