EN

Benfika Brunu Laje ilə yollarını ayırdı Qarabağ məğlubiyyəti həlledici oldu

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə əməkdaşlığa son qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə klub prezidenti Rui Koşta mətbuata açıqlamasında məlumat verib.

Klub rəhbəri qərarın ağır olduğunu, lakin hazırkı nəticələrin buna əsas verdiyini vurğulayıb.

Koşta həmçinin yeni baş məşqçinin yaxın günlərdə - həftəsonuna qədər elan olunacağını qeyd edib.

Xatırladaq ki, "Qarabağ" ötən gecə Lissabonda keçirilən oyunda Portuqaliya təmsilçisini səfərdə 3:2 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
baku.ws

2Sources