EN

Bakıda İsrail Suriya görüşü olacaq Masada yeni sənəd var

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gələn həftə Bakıda Suriya və İsrailin təhlükəsizlik rəsmiləri arasında görüş keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Görüşün sentyabrın 24-də keçirilməsi nəzərdə tutulub.

“Axios” nəşri isə yazır ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib. Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.

İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi.

Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd, həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.

Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib.

Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
10
modern.az

10Sources