EN

ABŞ Britaniyanın texnologiya sektoruna 42 milyard dollar sərmayə yatıracaq

ABŞ

Böyük Britaniyanın texnologiya sektoruna Amerika şirkətləri tərəfindən 31 milyard funt-sterlinq (42 milyard dollar) investisiyanı nəzərdə tutan texnoloji əməkdaşlıq haqqında saziş ABŞ Prezidenti Donald Trampın Londona səfəri üçün razılaşdırılıb.

APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmerin ofisi məlumat yayıb.

“Microsoft”, NVIDIA, “Google”, “OpenAI” və “CoreWeave” kimi ABŞ-ın aparıcı texnoloji və süni intellekt şirkətləri Böyük Britaniyanın süni intellekt infrastrukturunun və qabaqcıl texnologiyaların inkişafına birgə 31 milyard funt-sterlinq (42 milyard dollar) ayırıblar”, - deyə məlumatda bildirilib.

Müqavilə, həmçinin Amerikanın kvant və nüvə enerjisinə investisiyasını nəzərdə tutur.

Chosen
36
9
xalqcebhesi.az

10Sources