EN

Tanışını bıçaqlayan şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Baba Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilib. Onun 6 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.


İttiham aktına görə, hadisə 2022-ci il tarixdə, saat 19 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydə alınıb.


Belə ki, Baba Bədəlov həmkəndlisi M.M. (adı, soyadı şərtidir) ilə aralarında 3-4 il əvvəl, dəqiq məlum olmayan tarixdə Rusiyanın Moskva şəhərində 200 000 rus rublu məbləğində xurma meyvəsinin alqı-satqısı ilə əlaqədar yaranmış borc pul məsələsinə görə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zamanı təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş Maqsud Məcidovun (adı, soyadı şərtidir) üzərində fiziki təzyiq göstərib, ona bədən xəsarətləri yetirib. Daha sonra Baba zərərçəkmiş şəxsin ona qarşı hər hansı zorakı davranış göstərməməsinə baxmayaraq, xüsusi amansızlıqla üzərində daşıdığı bıçaqla bir neçə zərbə endirib. Nəticədə Maqsudun sol təpə nahiyəsinə dəyməklə kəllə boşluğuna nüfuz edən, beyinin sərt qişasını zədələyən, həyat üçün təhlükəli bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ əlin ovuc səthinə bir ədəd kəsilmiş-soyulmuş yara vurulub.
 

Kamal Məmmədov 

Tarix: 17 Sentyabr 2025, 08:40   
Chosen
23
pravda.az

1Sources