EN

Elşad Məmmədov: "Böyük Qayıdış çərçivəsində aktiv məşğulluq tədbirləri mühüm nəticələr verir"

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən sosial müdafiə və məşğulluq tədbirlərinin əhəmiyyətindən QHT.az-a danışıb.

Professorun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən reallaşdırılan aktiv məşğulluq siyasəti nəticəsində bu günə qədər 6000 nəfərə yaxın sakin işlə təmin olunub. Bununla yanaşı, təxminən 300 vətəndaş peşə hazırlığı üzrə təlimlərə cəlb olunub, 400-dən artıq vətəndaş isə özünüməşğulluq proqramı çərçivəsində dəstək alaraq kiçik biznes qurmaq imkanı əldə edib:

"Azad edilmiş ərazilərdə 22 əmək yarmarkası və 1 peşə yarmarkası təşkil olunub. Bu tədbirlər regionlarda məşğulluq imkanlarının genişlənməsinə və əmək bazarının canlanmasına mühüm töhfə verib.Bütün bunlar onu göstərir ki, ölkəmizdə sosial müdafiə siyasətinin əsas istiqamətlərindən biri kimi aktiv məşğulluq tədbirləri çox mühüm yer tutur. Bu tədbirlərin ardıcıl və dayanıqlı şəkildə davam etdirilməsi məqsədəuyğundur”.

 

Pərvanə Fərhadqızı

Chosen
91
qht.az

1Sources