EN

Qazaxıstan 3 mindən çox hərbçinin iştirakı ilə hərbi təlimlərə başladı

Qazaxıstanın Manqistau vilayətində başlayan “Aibalta-2025” ikitərəfli əməliyyat-strateji komanda-qərargah təlimlərində 3000-dən çox hərbçi və mindən çox texnika iştirak edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin əsas məqsədləri hərbi komandanlıq orqanlarının ahəngdarlığının artırılması, müasir döyüş metodologiyasının təkmilləşdirilməsi, döyüş işinin təşkilinin yeni üsullarının sınaqdan keçirilməsidir.

Manevrlər zamanı silahlı qüvvələrin müxtəlif bölmələrinin qarşılıqlı fəaliyyəti, idarəetmədə təşkilatçılıq bacarıqları, maddi-texniki təminat, taktiki rabitə və çətin iqlim şəraitində bölmələrin manevr qabiliyyəti məşq ediləcək. Aibalta-2025 təlimləri oktyabrın 3-dək davam edəcək.

Chosen
45
ucnoqta.az

1Sources