BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Venesuelanı müharibə ilə hədələyir və ölkədə marionet rejim qurmağa çalışır.
Teleqraf xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro Suverenlik və Sülh Milli Şurasının iclasında deyib.
“Amerika Birləşmiş Ştatları hökuməti bütün beynəlxalq qanunları, müqavilələri, sazişləri və BMT Nizamnaməsini pozaraq ölkəmizi çoxşaxəli müharibəyə və son beş həftədə tamamilə iyrənc, cinayətkar təhlükəyə məruz qoyur”.
Maduro əlavə edib ki, Venesuela Karib hövzəsində müharibə təhlükəsi ilə üz-üzədir. O, ABŞ-i təbii sərvətləri ələ keçirməkdə və “kukla hökumət” qurmaqda ittiham edib.