BAKI, 17 sentyabr. TELEQRAF
Avropa Komissiyası yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" səhifəsində yazıb.
O qeyd edib ki, yeni sanksiyalar kriptovalyutanı, bankları və enerjini hədəf alacaq.
Məumat üçün bildirək ki, bundan əvvəl 19-cu sanksiyalar paketinin təxirə salındığı ilə bağlı iddialar səslənmişdi.