EN

İnsanlıq növbəti təkamül mərhələsinə qədəm qoyur - Yeni TƏDQİQAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bəşəriyyət inkişafında əsas hərəkətverici qüvvə artıq genetika deyil, mədəniyyətdir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Meyn Universitetinin tədqiqatçıları bəyanat yayıblar. Onların araşdırması "BioScience" jurnalında dərc olunub.
"Məsələ sanki sürət qutusunun dəyişməsinə bənzəyir. Biz bir-birimizdən bacarıqları, institutları və texnologiyaları öyrəndikdə uyğunlaşmanı təmin edən mədəni təcrübələri miras alırıq. Bu proses genetikanın bacardığından qat-qat sürətli işləyir. Bütün göstəricilər onu deməyə əsas verir ki, biz böyük bir təkamül keçidinin mərkəzindəyik", - deyə araşdırmanın aparıcı müəllifi, iqtisadiyyat və davamlı inkişaf üzrə dosent Timoti Uorinq bildirib.
Alimlərin fikrincə, kənd təsərrüfatından tutmuş hüquq sistemlərinə qədər mədəni təcrübələr genetik dəyişikliklərdən daha sürətlə yayılır və dəyişir. Bu isə cəmiyyətlərə yeni şəraitə uyğunlaşmaq və biologiyanın təkbaşına həll edə bilmədiyi problemlərin öhdəsindən gəlmək imkanı yaradır.
Mütəxəssislərin qənaətinə görə, uzunmüddətli perspektivdə insanın yaşaması və çoxalması ayrı-ayrı genlərdən çox, cəmiyyətlərin sağlamlığından və onların mədəni infrastrukturunun dayanıqlığından asılı olacaq.
Bu isə bəşəriyyəti biologiyada "fərdiyyət keçidi" adlanan mərhələyə - ayrı-ayrı fərdlərin daha mürəkkəb "superorqanizmlərə" çevrilməsinə yaxınlaşdırır. Oxşar sıçrayışlar əvvəllər də baş verib - məsələn, çoxhüceyrəli orqanizmlərin və ya həşərat koloniyalarının yaranması zamanı.
Alimlər hesab edirlər ki, gələcəkdə insanın əsas irsi və inkişaf forması məhz mədəniyyət ola bilər.
Chosen
59
oxu.az

1Sources