EN

Lagedən “Qarabağ” məğlubiyyətinə şərh

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Benfika”nın baş məşqçisi Bruno Lage Çempionlar Liqasında “Qarabağ”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Birinci qoldan sonra komandamızda rahatlıq yarandı. Hücumlarımızı təzələməyə çalışdıq, təzyiq etdik. Lakin ikinci və üçüncü qolları müdafiədəki səhvlərə görə buraxdıq. Boşluqlar verdik və rəqib bundan yararlandı. Komandam belə səhvlər etməzdi, amma bu gün oldu. Hamımız məyusuq. Yaxşı başlasaq da, bunu davam etdirə bilmədik. Tənqidləri qəbul edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
futbolpress.az

1Sources