EN

“Qarabağ”a məğlubiyyət “Benfika” azarkeşlərini qəzəbləndirdi - VİDEO

BAKI, 17 sentyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Qarabağ"a məğlub olan "Benfika" klubunun azarkeşləri narazı qalıblar.

Teleqraf xəbər verir ki, "Da Luj" stadionunda təşkil olunan matçdan sonra yerli tərəfdarlar baş məşqçi Brunu Lajeni fitə basıblar. Azarkeşlər portuqaliyalı mütəxəssisi nalayiq ifadələrlə soyunub-geyinmə tunelinə yola salıblar.Onlar Lajeni istefaya səsləyiblər.

Qeyd edək ki, matç "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
49
teleqraf.com

1Sources