“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandılar”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliya “Benfika”sını 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis məğlub ola biləcəklərini də istisna etməyib: “Asan oyun olmadı. Futbolçularımızdakı inam və sınmamaqları qalibiyyətə kömək oldu”.