“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika”nın qonağı olub. Oyunun əvvəlində 0:2 hesabı ilə geri düşən təmsilçimiz möhtəşəm geridönüşlə meydandan qələbə ilə ayrılıb – 3:2.
Azərbaycan çempionu 2-ci turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
23:00. Benfika – Qarabağ 2:3
Qollar: Barreneçea, 6 (1:0); Pavlidis, 16 (2:0); Leandro Andrade, 30 (2:1); Kamilo Duran, 49 (2:2), A. Kaşuk (2:3)
Baş hakim: Erik Lambrexts.
Lissabon, “Estadiu da Lus” stadionu