EN

Saatlıda yük və minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Bəylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Beyləqan rayon sakinləri - 1982-ci il təvəllüdlü Fuad Babayev, 1988-ci il təvəllüdlü Əli Hüseynov, 1982-ci il təvəllüdlü Ramil Qasımov və 1987-ci il təvəllüdlü Rahib Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. pizza mizza

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Chosen
30
2
yenisabah.az

10Sources