EN

Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib

Yəməndəki husilər İsrailin Təl-Əviv şəhərindəki obyektlərdən birinə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini bəyan ediblər.

Bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriyə məlumat verib.

“Yəmən silahlı qüvvələrinin raket birləşmələri “Fələstin-2” hipersəs ballistik raketindən istifadə etməklə hərbi əməliyyat həyata keçirib. Raket Təl-Əvivdə düşmənin mühüm obyektini hədəf alıb və əməliyyat uğurla başa çatıb”, – Səriə “Al Masirah” telekanalına açıqlamasında bildirib.

"Cebheinfo.az" 

Chosen
74
12
cebheinfo.az

10Sources