EN

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstana xarici müdaxilələr açıq şəkildə baş verir.

Gununsesi.info xəbər verir ki, bunu  Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O bildirib ki, ölkə cəmiyyəti milli maraqlar ətrafında düzgün səfərbər olunur və bu, xarici təsir və müdaxilələrə bir növ cavabdır.

Nazirin sözlərinə görə, son illər Gürcüstanın daxili işlərinə müdaxilələr artıq gizlədilmir, əksinə, açıq şəkildə həyata keçirilir:

“Biz görürük ki, Gürcüstanın daxili işlərinə açıq müdaxilə var. Xarici aktorların siyasətimizdə iştirakı da aydın görünür. Cəmiyyətimiz dəfələrlə daxili siyasətə təsir göstərmək məqsədi daşıyan bəyanatlar, qətnamələr və müxtəlif addımlarla qarşılaşıb. Bu proseslər seçkilər öncəsi etirazlara səbəb olmaq üçün edilir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources