EN

Sabirabadda yük və minik avtomobilləri TOQQUŞDU

Ajans.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan  magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KaMAZ" markalı yük maşını ilə "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Beyləqan rayon sakinləri; 1982-ci il təvəllüdlü Babayev Fuad Şakir oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Əli Vahid oğlu, 1982-ci il təvəllüdlü Qasımov Ramil Fərman oğlu və 1987-ci il təvəllüdlü Əliyev Rahib Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər lıblar. Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
6
Ajans.az

7Sources