1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları start götürüb.
Oxu.Az xəbər verir ki, ilk oyun gününün iki matçı başa çatıb.
Azarkeşlər "Atletik Bilbao" (İspaniya) - "Arsenal" (İngiltərə) və PSV (Niderland) - "Royal Union" (Belçika) qarşılaşmalarını izləmək imkanı əldə ediblər.
Gözlənilməz nəticə Eyndhovendə qeydə alınıb. Belə ki, PSV öz meydanında Brüssel təmsilçisi ilə bacarmayıb.
"Royal Union"un 1:3 hesabı ilə qalib gəldiyi görüşdə Promis Devid (penaltidən), Anuar Ait Əl-Hac və Kevin Mak Allister qələbə gətirən qolları vurublar. PSV-nin təsəlli qoluna Ruben van Bommel imza atıb.
Turun digər matçında da qonaqlar qalib gəliblər. "Arsenal" İspaniya səfərindən 0:2 hesablı qələbə ilə qayıdır. Qabriel Martinelli və Leandro Trossard "Atletik Bilbao"nun azarkeşlərini məyus ediblər.