EN

XİN başçısı: Gürcüstanın daxili işlərinə aşkar müdaxilələr var

TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Gürcüstanın daxili işlərinə açıq-aşkar müdaxilələr edilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin “Birinci kanalı”nın “Aktual mövzu” proqramına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, xarici aktorlar Gürcüstan siyasətində açıq şəkildə iştirak edirlər.

“Bu daima baş verir, lakin son illər ərzində daxili proseslərə müdaxilələr açıq formada həyata keçirlir”, - o söyləyib.

M.Boçorişvili bildirib ki, Gürcüstan cəmiyyətinin milli maraqlar ətrafında düzgün şəkildə səfərbər olması xarici təsir və müdaxiləyə qarşı bir növ cavabdır.

Chosen
14
2
teleqraf.com

3Sources