EN

“Bavariya” Çempionlar Liqasında autsayder deyil"

“Bavariya”nın hücumçusu Harri Keyn klubun fəxri prezidenti Uli Hönesin açıqlamalarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, forvard bu barədə jurnalistlərə açıqlama verib.

“Belə bir klub kimi ‘Bavariya’ hər turnirdə qalib gəlməyi hədəfləyir. Mən deməzdim ki, biz autsayderik, baxmayaraq ki, Avropanın ən yaxşı komandaları ilə qarşılaşırıq. İndi uzun bir yol başlayır və ümid edirəm ki, may ayına qədər davam edəcək. Gələcəyə çox baxmaq istəmirəm. Komandamız Çempionlar Liqası qrup mərhələsində mümkün qədər yüksək yer tutmaq istəyir. Hər şey sabahdan başlayacaq”

Xatırladaq ki, Hönes əvvəlcə alman klubunu Çempionlar Liqasında mövsümün autsayderlərindən biri kimi qiymətləndirmişdi.

Qeyd edək ki, 17 sentyabrda Münhen klubu Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Çelsi” ilə üz-üzə gələcək.

Chosen
51
90deqiqe.az

1Sources