EN

“Kyeza böyük potensiala malikdir”

“Çelsi”nin sabiq baş məşqçisi Roberto Di Matteo “Liverpul”un hücumçusu Federiko Kyezaya yüksək qiymət verib.

90deqiqe.Az xəbər verir ki, "Goal.com" çalışdırıcının fikirlərini belə çatdırıb:

“Əminəm ki, Kyeza uğur qazana bilər. O, ən yaxşı italyan oyunçulardan biridir. Yeganə çatışmazlığı isə zədələr olub. Karyerası boyunca müxtəlif zədələrlə üzləşib. Əgər o, tam sağalıb formunu qoruyub oynaya bilsə, əla oyunçuya çevriləcək.

Anlayıram ki, “Liverpul” onu transfer edib. Bu addım fantastikdir – klub əfsanəvi və həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olmaq üçün mübarizə aparır. Arne Slot bildirib ki, Federiko komanda daxilində ciddi rəqabətlə üzləşir – Mo Salah, Luis Dias və digərləri var. Buna görə “Liverpul”un əsas heyətinə düşmək asan deyil. Amma hesab edirəm ki, mövsümün ikinci yarısında komandaya böyük töhfə verəcək. İndi o, yaxşı görünür, bir neçə matçda oynayıb və formadadırsa əla oyunçudur”

Cari mövsümdə Kyeza bütün turnirlərdə dörd oyunda iştirak edib və bir qol vurub. Futbolçunun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər “Liverpul”la qüvvədədir. Transfermarkt portalına görə, Kyezanın bazar dəyəri 14 milyon avrodur.

Chosen
20
90deqiqe.az

1Sources