“Zapad-2025” təlimlərində ABŞ hərbi müşahidəçilərinin iştirakı gözlənilməz oldu.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Təlimlərdə iştirak edən qəzetin müxbiri Valeri Hopkins sentyabrın 10-da Polşa səmasında pilotsuz təyyarə insidenti ilə bağlı NATO və Rusiya arasında artan gərginlik fonunda amerikalı müşahidəçilərin iştirakını “diqqətçəkən hadisələrin dönüşü” adlandırıb.
NYT həmçinin yazır ki, ABŞ müşahidəçilərinin təlimlərdə olması həm də Belarusla Qərb ölkələri arasında 2020-ci ildə xeyli pisləşən münasibətlərin istiləşməsi ilə bağlı ola bilər.
Sentyabrın 15-də Belarus Müdafiə Nazirliyi poliqonda 23 ölkənin nümayəndələrinin, o cümlədən NATO ölkələrindən - ABŞ, Türkiyə və Macarıstandan üçünün iştirak etdiyini açıqlayıb.
Sentyabrın 12-dən 16-dək Belarus-Rusiya “Zapad-2025” təlimləri keçirilir.