Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə şəxsi sosial media hesabında paylaşım edərək, forma geyindiyi bütün klublara təşəkkür edib.
Umtiti peşəkar karyerası ərzində bir çox böyük komandalarda çıxış edib.
O, Fransada “Lion”, İspaniyada “Barselona”, İtaliyada “Leççe”, həmçinin Fransada “Lill” klublarının heyətində forma geyinib. Müdafiəçi ən parlaq dövrünü məhz “Barselona”da keçirib.
Təcrübəli futbolçu karyerası ərzində bir sıra titullar qazanıb:
- 1 Dünya Kuboku (Fransa millisiylə – 2018)
- 2 La Liqa (Barselona ilə)
- 3 İspaniya Kral Kuboku (Barselona ilə)
- 2 İspaniya Superkuboku (Barselona ilə)
- 1 Fransa Kuboku (Lion ilə)
- 1 Fransa Superkuboku (Lion ilə)
Fransa millisində də mühüm rol oynayan Umtiti, xüsusilə 2018-ci ildə Rusiya Dünya Çempionatında göstərdiyi oyunla yadda qalıb.
Kamil Xudiyev