EN

Ağdamda cüdo üzrə kəmər dərəcələri imtahanı keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

ACF-dən 90deqiqe.Az-a bildirilib ki, imtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Chosen
8
4
90deqiqe.az

10Sources