EN

İsrail ordusu: Qəzzanı ələ keçirmək bir neçə ay çəkəcək

BAKI, 16 sentyabr. TELEQRAF

“Qəzza şəhərini tamamilə ələ keçirmək bir neçə ay çəkəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib.

“Bütün şəhəri ələ keçirmək bir neçə ay çəkəcək və Qəzza şəhərində bütün terror infrastrukturunu təmizləmək üçün daha bir neçə ay lazım olacaq”, - o, brifinqdə bildirib.

Xatırladaq ki, İsrail Baş naziri Binyamin Netanyahu bundan əvvəl Qəzza şəhərinə intensiv hücumların başladığını açıqlamışdı.

Chosen
33
2
teleqraf.com

3Sources