EN

Cəlilabadda məktəblinin qətli ilə bağlı cinayət işi başlanıb

Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Chosen
26
21
day.az

10Sources