Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.
Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu vəzifəyə Lilian Popesku gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Moldova yığmasını son olaraq 53 yaşlı mütəxəssis Sergey Kleşenko çalışdırıb.
Komanda bu ay DÇ-2026-nın I qrupunda keçirdiyi hər iki oyunda məğlub olub.