EN

ABŞ prezidenti Tramp Avropaya Rusiyadan neft almamağa çağırışını təkrarlayıb



ABŞ prezidenti Donald Tramp Avropa və NATO ölkələrinə Rusiyadan neft almağı dayandırmaları üçün daha çox təzyiq edəcəyini bildirərək, "Rusiyadan neft almalarını istəmirəm, bu, bizə ədalətli deyil" deyib.
ABŞ prezidenti Tramp Böyük Britaniyaya rəsmi səfəri üçün Ağ Evdən yola düşərkən, baş verənlərlə bağlı mətbuatın suallarını cavablandırıb.

Avropaya əvvəlki çağırışını təkrarlayan Tramp “Avropa Rusiyadan neft almağı dayandırmalıdır” deyib.


Rusiyadan neft almağı dayandırmaq üçün Avropa və NATO ölkələrinə daha çox təzyiq göstərəcəyini ifadə edən Tramp, "Burada problem onların Rusiya neftini almalarıdır. Onların Rusiyadan neft almalarını istəmirəm, bu bizə ədalətli deyil" deyib.

Tramp həmçinin Rusiya və Ukrayna liderlərinin mümkün sülh sazişini müzakirə etmək üçün hələ də görüşməməsindən təəssüfləndiyini və müharibənin dərhal başa çatmalı olduğunu bildirib.

ABŞ prezidenti deyib ki, "(Rusiya prezidenti Vladimir) Putin və (Ukrayna prezidenti Vladimir) Zelenski bir-birinə nifrət edirlər. Yəqin ki, onları bir otaqda bir araya gətirməliyəm, çünki onlar bir araya gələ bilmirlər.

Tramp Ukrayna lideri Zelenskiyə də müraciət edərək, “Zelenski (Rusiya ilə) razılaşmalı olacaq” deyib.

Ukrayna prezidenti Zelenski müharibənin gedişi ilə bağlı verdiyi son açıqlamada, "Müharibənin dayandırılması üçün Putinə heç bir Ukrayna ərazisi verilməyəcək. Bu, həll yolu deyil" deyərək, ölkələrinin ərazi bütövlüyündən güzəştə getməyəcəklərini bildirib.

aia.az
Tərcümə şöbəsi



Chosen
29
aia.az

1Sources