EN

Yetkinlik yaşına çatmayan məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Chosen
10
21
operativmedia.az

10Sources