Pirallahı qəsəbəsinin S. Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-si saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, bu müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media