EN

Türkiyənin populyar "Kızılcık Şerbeti" serialının ssenari müəllifi barədə hakimin qərarı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə məşhur "Kızılcık Şerbeti" serialının ssenari müəllifi Merve Göntem barədə məhkəmənin qərarı açıqlanıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi xəbərə görə, hakim onun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, Merve Göntem ötən gün axşam, 4 il əvvəl verdiyi bir müsahibədəki açıqlamaları səbəbi ilə saxlanılmışdı. Ona qarşı "fahişəliyə təşviq və cinayətə təhrik" ittihamı irəli sürülmüşdü.
Chosen
48
10
oxu.az

10Sources