EN

Azərbaycan millisi heç-heçə etdi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, U-15 millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Chosen
32
11
idmanxeber.az

10Sources