Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London, 16 sentyabr, AZƏRTAC
Böyük Britaniya sularında ilk dəfə olaraq tropik dəniz ilbizi tapılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Spurilla neapolitana” adlanan bu növə, adətən, Atlantik okeanının qərb hissəsində, Karib və Aralıq dənizlərində rast gəlinir. Lakin ötən həftə Böyük Britaniyanın Kornuoll bölgəsinin cənub sahilində aşkar edilib.
Mütəxəssislərin fikrincə, bu hadisə dənizlərin isinməsinin canlıların həyatına təsir göstərdiyini sübut edən göstəricilərdən biri ola bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.