EN

Üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib

Aqrar Sığorta Fondu tərəfindən indiyədək sığortalanan üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min manat ödəniş edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib.

Bu istiqamətdə ən böyük ödəniş Şamaxı rayonunda həyata keçirilib – 154,4 min manat.

Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tinglərini və ayrıca olaraq bar verən üzüm kollarını da sığortalamaq mümkündür.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Fondun rəsmi səhifəsindən tanış olmaq olar.

Chosen
14
1
vergiler.az

10Sources