EN

"Qəbələ"nin futbolçusu dünya çempionatında iştirak edəcək

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 dünya çempionatında iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

Chosen
37
8
football-plus.az

10Sources