Bir qrup böyük şirkət TikTok sosial şəbəkəsini almaqda maraqlıdır.
Bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalının efirində bildirib .
"Bizim TikTok-u almaq üçün müqaviləmiz var. Bizim onu almaq istəyən çox böyük şirkətlər qrupu var”, - deyə Tramp bildirib.
Bununla belə, Tramp sazişin təfərrüatlarını açıqlamayıb. O, həmçinin şirkətlərin adlarını açıqlamayıb.