15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
İdman.biz bildirir ki, U-15 millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.
U-15 təlim-məşq toplanışı çərçivəsində Monteneqro komandası ilə sentyabrın 18-də daha bir yoxlama oyunu keçirəcək.
İdman.biz