EN

Rusiya Britaniyaya qabaqlayıcı zərbə endirə bilər

Rusiya təhdid olarsa, Böyük Britaniya ərazisinə qabaqlayıcı zərbə endirə bilər.

Moderator.az xəbər verir ki, bu xəbərdarlığı NEWS.ru-ya müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik edib.

O qeyd edib ki, Rusiyanın tez və sarsıdıcı cavab vermək üçün hər cür imkanı var.

Kolesnik xatırladıb ki, Moskva onun gücünü sınamağa cəhd edənlərə dəfələrlə cavab verib.

"Əgər Britaniya Rusiyaya qarşı güc tətbiq etsə, Rusiya Federasiyası buna cavab olaraq güc tətbiq edəcək və bunu müharibə dövrünün qanunlarına uyğun olaraq edəcək. Cavab çox gecikməyəcək, bəlkə də qabaqlayıcı olacaq - bizim raketlərimiz daha sürətlidir. Rusiya heç bir halda özünü incitməyə imkan verməyəcək, ona görə də böyük britaniyalılar narahat olsunlar", - rusiyalı parlamentari vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hiliy NATO-nun yaranan təhdidlərə qətiyyətlə reaksiya verdiyini və “Tayfun” qırıcılarının Şimali Atlantika Alyansının hava məkanına düşən Rusiya PUA-larını vurmağa hazır olduğunu bildirib.

Chosen
9
3
moderator.az

4Sources