EN

Rus əsgərin Ukraynada daha bir VƏHŞİLİYİ – Həssas GÖRÜNTÜLƏR

Sosial şəbəkələrdə Ukraynanın işğal altında olan ərazilərindən yayılan kadrlar şok effekti yaradıb.

Busaat.az Bakupost.az-a istinadən xəbər verir ki, videoda silahlı rus hərbçisinin atı güllələdiyi, bunu isə gülüşlə müşayiət etdiyi görünür.

Hadisə sosial şəbəkə istifadəçiləri, hüquq müdafiəçiləri və heyvan haqlarını qoruyan təşkilatlar arasında qəzəb doğurub. Şərhçilər vurğulayırlar ki, bu cür hərəkətlər yalnız mənasız qəddarlıq nümunəsi deyil, həm də işğalçı qüvvələrin mənəvi simasını ortaya qoyur.

Hüquq müdafiəçiləri bildirirlər ki, belə hallar hərbi cinayət kimi qiymətləndirilə bilər, çünki bu, humanist normalara və müharibə qanunlarına açıq-aşkar etinasızlıqdır.

Ukraynalı ekspertlər hesab edirlər ki, bu kadrların yayılması Rusiyanın işğal olunmuş ərazilərdəki hərbçilərinin əməllərinə görə beynəlxalq təzyiqə və məsuliyyətə cəlb edilməsinin vacibliyini bir daha sübut edir.

 
Chosen
59
2
busaat.az

3Sources