EN

Samvel Şahramanyan üzə çıxdı

2023-cü ilin sentyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında sənədə imza atan Samvel Şahramanyan bu faktın Ermənistan dərsliklərindən çıxarılmasını istəyir.

Musavat.com xəbər verir ki, o, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı məhkəməyə müraciət edərək 9-cu sinif “Ermənistan tarixi” dərsliyində yer alan müvafiq bölmənin yığışdırılmasını tələb edib.

Sözügedən dərslikdə “Dağlıq Qarabağ Respublikasının yox olması” bölməsində açıq şəkildə qeyd olunur ki, qondarma qurumun “prezidenti” onun buraxılması barədə “fərman” imzalayıb. Məhz bu fakt Şahramanyanın narazılığına səbəb olub. Onun vəkili dərhal məhkəməyə müraciət edərək həmin hissənin tədrisinin qadağan olunmasını istəyib.

Halbuki həmin sənədə imza atmaqla Şahramanyan qondarma qurumun mövcudluğunu formal olaraq da bitirmişdi. İndi isə öz imzasının nəticəsini inkar etməyə çalışır və bunu Ermənistan məktəblərində tarix fənninin məzmununa müdaxilə ilə ört-basdır etmək istəyir.

Musavat.com

Chosen
61
musavat.com

1Sources